Qapalı və açıq məkanlarda tibbi maskadan istifadə etmək zəruridir - Operativ Qərargah

11:05 16.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.

Hafta.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

Qərara əsasən, həmçinin, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək zəruridir. 

Qeyd edək ki, Azərbaycanda aprelin 1-dək xüsusi karantin rejimi tətbiq ediləcək.